Yaxın Şərq universitetləri ilə əməkdaşlıq müzakirə olunub
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndə heyətinin Oman Sultanlığı və Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində müvafiq ölkələrin aparıcı ali təhsil müəssisələri ilə görüşlər keçirilib.
Görüşlər zamanı elm və ali təhsil sahəsində mövcud əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, universitetlərarası tərəfdaşlığın genişləndirilməsi, akademik mübadilə imkanları, birgə elmi tədqiqatlar, həmçinin ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
