Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi xarici ölkələrin elm və ali təhsil idarəolunması ilə məşğul olan müxtəlif qurumları ilə əməkdaşlıq edir, qarşılıqlı tələbə və müəllim mübadiləsi, benəlxalq tələbələrin təhsilinin təşkili və idarə olunması, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının idarə olunması, beynəlxalq ikili diplom proqramları, eyni zamanda Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində xaricdə təhsilin həyata keçirilməsində mühüm rol oynayır.
Beynəlxalq fəaliyyətlər
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin beynəlxalq əməkdaşlıq fəaliyyətləri
Beynəlxalq Əməkdaşlıq
Beynəlmilləşmə Rəqəmlərdə
Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində (ATM) təhsil alan beynəlxalq tələbələrin sayı artır. 2024-cü ildə ölkədə təhsil alan beynəlxalq tələbələrin sayı 10 min nəfəri ötmüşdür. Həmçinin yerli ATM-lərdə təhsil alan minlərlə tələbə, magistrant və doktorantlar xarici ATM-lərdə Hökumətlərarası Təqaüd Proqramları, Dövlət Proqramları, beynəlxalq ikili diplom proqramları çərçivələrində və mübadilə proqramları ilə təhsil alırlar. Yerli ATM-lərdə xarici ATM-lərin fakültə üzvləri və elmi tədqiqatçılar fəaliyyət göstərirlər. Qlobal mobillik yerli ATM-lərin beynəlmiləlləşməsinə və təhsilin keyfiyyətinə müsbət təsir edir ki, bu da ölkədə fəaliyyət göstərən ATM-lərin beynəlxalq reytinqlərdə irəliləməsinə şərait yaradır.