Kolleclərin maddi-texniki bazası gücləndirilir

Cari ildə orta ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilib.

Xəbərlər

Bu tədbirlər çərçivəsində ölkə üzrə bütün kolleclər müasir kompüter avadanlıqları ilə təmin olunub, tədris prosesinin tələblərinə cavab verən kompüter laboratoriyaları yaradılıb. Görülən işlər orta ixtisas təhsili müəssisələrində informasiya texnologiyaları infrastrukturunun əhəmiyyətli dərəcədə təkmilləşdirilməsinə imkan yaradıb.

Qeyd edək ki, yeni texniki imkanlar tələbələrin rəqəmsal bacarıqlarının inkişafına, müasir və innovativ təhsil mühitinin formalaşdırılmasına xidmət edir.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.