Fəaliyyət istiqamətlərimiz

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi aşağıdakı istiqamətlər üzrə fəaliyyətini təşkil edir.

Qanunvericilik və normativ hüquqi bazanın formalaşdırılması

Dövlət siyasətinin formalaşdırılması ilə bağlı təkliflər verir və həyata keçirilməsində iştirak edir.

Elm, ali və orta ixtisas təhsili sahələrinin inkişafını təmin edir.

Normativ hüquqi bazanın formalaşdırılmasında iştirak edir.

Elm və təhsil müəssisələri ilə iş

Elm və təhsil müəssisələrində nəticəyönlü, şəffaf və səmərəli idarəetmə modelini formalaşdırır.

İdarəetmə modelini formalaşdırarkən müasir idarəetmə texnologiyalarından istifadəni təmin edir.

Elmi fəaliyyətlə tədris prosesinin inteqrasiyasının təmin edilməsi məqsədilə tədbirlər görür.

İxtisaslı kadr və beynəlxalq əməkdaşlıq

Əmək bazarının tələblərinə uyğun olaraq ixtisaslı kadr hazırlığına dair tələbatın müəyyən edilməsi üçün tədbirlər görür.

Müvafiq sahədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak edir.

Qiymətləndirmə və Monitorinq

Elm və ali təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi və monitorinqi üzrə standartlar və metodologiyalar hazırlayır və həyata keçirir.

Təhsilin keyfiyyətinin artırılması məqsədilə qiymətləndirmə və monitorinq proseslərini müntəzəm olaraq həyata keçirir və nəticələri analiz edir.

Fəaliyyət istiqamətlərinə uyğun olaraq proqramların səmərəliliyini və nəticələrini dəyərləndirir və hesabatları təqdim edir.

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2024 © Bütün hüquqlar qorunur.