Kolleclərə yeni təyin olunan direktor müavinləri kollektivə təqdim edilib

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrlərinə əsasən, Şuşa Humanitar Kollecinin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunan Mehriban Qasımova və Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin direktor müavini vəzifəsinə təyin olunan İsmayıl Məmmədov kollektivə təqdim olunublar.

Xəbərlər

Təqdimat mərasimlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Orta ixtisas təhsili müəssisələri ilə iş sektorunun müdiri Zeynəb Hüseynova və kolleclərin kollektivləri iştirak ediblər.

Görüşlərdə bildirilib ki, yeni təyinatlar orta ixtisas təhsili müəssisələrində həyata keçirilən kadr islahatlarının mühüm tərkib hissəsidir. Eyni zamanda, təhsil müəssisələrinin idarə olunmasında müasir yanaşmaların tətbiqi və strateji idarəetmə mexanizmlərinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Sonda iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.