Elm və ali təhsil mövzularında analitik məqalələrə burada baxın.
Son illər Azərbaycan ilə Özbəkistan arasında hərtərəfli əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Bu münasibətlər iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika, enerji, elm, təhsil, mədəniyyət və digər istiqamətlərdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşir.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş çərçivəsində 2026–2027-ci tədris ilindən Hökumətlərarası Təqaüd Proqramı (HTP) əsasında Çində təhsil alacaq gənclərdən biri də Aytac Səfərlidir. Xəzər Universitetini ingilis dili tərcümə ixtisası üzrə bu il bitirən Aytac Səfərli Çin dilinə olan marağını təhsillə birləşdirərək artıq ikinci dəfə bu ölkədə ali təhsil almağa hazırlaşır.
Bu il ADA Universitetinin informasiya texnologiyaları ixtisası üzrə bakalavriat təhsilini ümumi orta müvəffəqiyyət göstəricisi 90 bal olmaqla başa vuran Rəvan Mehralıyev Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Çinin Çjetszyan Universitetində kiberməkan təhlükəsizliyi ixtisası üzrə magistratura təhsili alacaq. O, bu günə qədər “Ernst & Young” şirkətində IT konsaltinqi, SOCAR-da isə informasiya təhlükəsizliyi, habelə idarəetmə riski və uyğunluq istiqamətində təcrübə qazanıb. Rəvan Mehralıyev AZƏRTAC-a müsahibəsində Çində təhsil almaq qərarı, qəbul prosesi, kibertəhlükəsizlik sahəsində hədəfləri və planlarından danışıb.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş çərçivəsində 2026-2027-ci tədris ili üzrə 20 nəfər Azərbaycan vətəndaşı Çinin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanıb. Onlardan biri də Bakı Dövlət Universitetinin SABAH qruplarının psixologiya ixtisası üzrə məzunu Rəvan Əlizadədir.
Bəzən bir neçə dəqiqəlik söhbət insanın gələcək taleyinə təsir göstərir. Bakı metrosunda dostları ilə xaricdə təhsil arzularından danışarkən eşitdiyi bir məlumat Ləman Məhəmmədlinin həyatında yeni səhifə açıb. Bu gün o, Çin Hökumətlərarası Təqaüd Proqramının iştirakçısı kimi bu ölkənin nüfuzlu universitetlərindən birində magistratura təhsili almağa hazırlaşır.
Ölkəmizdə insan kapitalının inkişaf etdirilməsi ali təhsil sistemi qarşısında mühüm vəzifələr qoyur. Ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, yüksəkixtisaslı kadr potensialının formalaşdırılması baxımından Azərbaycan və bir sıra xarici ölkələr arasında bağlanmış müqavilələr əsasında həyata keçirilən Hökumətlərarası Təqaüd Proqramları (HTP) mühüm əhəmiyyət kəsb edir. Proqram gənclərimizin dünyanın nüfuzlu ali təhsil müəssisələrində yüksəksəviyyəli mütəxəssislər kimi formalaşmasına öz töhfələrini verir.
SABAH İncəsənət Festivalı ənənəvi olaraq hər il keçirilir. Bu festivalda cari ildə məzun olan tələbələr iştirak edir, öz işlərini təqdim edirlər. Əsasən yaradıcılıq ixtisasları üzrə təhsil alan tələbələr festivalda yer alırlar.
Quba şəhərindən başlayaraq Macarıstanın aparıcı elmi mərkəzlərinə, oradan isə dünyanın ən nüfuzlu tədqiqat mərkəzlərindən olan Karolinska İnstitutuna uzanan elm yolu.
“Praktiki komponent tək IT ixtisasında yox, bir çox ixtisaslarımızda hələ də zəifdir. “Var”, ya “yoxdur” demək olmaz, amma zəifdir. Bu, IT sahəsində xüsusilə hiss olunur. Çünki bu sahə çox dinamikdir, ən sürətlə inkişaf edən sahələrdən biri, bəlkə də birincisidir”.
“Bu layihənin sonunda tələbələrin IT sahəsində bilik və bacarıqları xeyli artacaq. Xarici təcrübə də buna öz töhfəsini verəcək ki, onlar gələcəkdə həm lokal, həm qlobal bazarda çox asanlıqla özlərinə iş tapsınlar və bizə lazım olan səviyyədə IT biliklərinə sahib olsunlar”.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda keçirilən tədbirdə fikirlərini bölüşüb.
Elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilən “THE Avrasiya Universitetləri Sammiti”nin açılış mərasimində ali təhsilə çıxış və inklüzivlik mövzusunda fikirlərini bölüşüb.