Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, SABAH qrupları ötən illər ərzində Azərbaycan ali təhsilinin uğurlu brendinə çevrilərək istedadlı gənclərin potensialının reallaşdırılmasına, rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına xidmət edir.
Müasir İncəsənət Muzeyində təşkil olunan tədbir SABAH qrupları layihəsinin incəsənət istiqamətləri üzrə təhsil alan tələbələrinin yaradıcılıq nailiyyətlərini nümayiş etdirmək, gənclər arasında təhsilə və yaradıcılığa marağı artırmaq, eləcə də ictimaiyyəti ali təhsildə əldə olunan uğurlarla tanış etmək məqsədi daşıyıb.
Macarıstanın Budapeşt şəhərində keçirilən “QS Higher Ed: Europe 2026” sammiti çərçivəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) ilə “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
İyunun 24-də Macarıstanın Budapeşt şəhərində keçirilən “QS Higher Ed Summit: Europe 2026” sammiti çərçivəsində “Study in Azerbaijan” brendi altında təşkil olunan Azərbaycan pavilyonunun rəsmi açılışı olub.
24–25 iyun tarixlərində Macarıstanın Budapeşt şəhərində “QS Higher Ed Summit: Europe 2026” sammiti keçirilir. Bu gün sammitin rəsmi açılış mərasimi baş tutub.
13–14 iyun tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Study in Azerbaijan” layihəsinin nümayəndələri tərəfindən Gürcüstanda yaşayan azərbaycanlı məktəblilər, tələbələr, müəllimlər və təhsil ictimaiyyətinin nümayəndələri üçün “Azərbaycanda təhsil imkanları” mövzusunda məlumat sessiyaları keçirilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin olunan Gülnar Qəhrəmanova kollektivə təqdim edilib.
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Elçin Vəliyev Geologiya İnstitutuna direktor müavini təyin olunub. Həmin əmrlə ona institutun direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etmək tapşırılıb.
Elm və təhsil naziri Emin Əmrullayev Londona səfəri çərçivəsində Quacquarelli Symonds (QS) reytinq agentliyinin təsisçisi və prezidenti Nunzio Kvakvarelli ilə görüş keçirib.
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti 17–20 may 2026-cı il tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən Dünya Təhsil Forumunda iştirak edir.
İtaliyanın Milan şəhərində “Times Higher Education” reytinq agentliyinin təşkilatçılığı ilə keçirilən “Avropa Universitetlərinin Sammiti” çərçivəsində Azərbaycan ali təhsilinə həsr olunmuş panel sessiya təşkil edilib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Universitetinin birgə təşkilatçılığı ilə “Ali təhsilin gələcəyi: qlobal perspektivlər, lokal təsir” adlı iki günlük beynəlxalq konfrans keçirilir.