Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli Fərmanı ilə elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə yaradılıb.

Agentlik haqqında

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında elm, ali və orta ixtisas təhsili sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, elmi müəssisə və təşkilatların, ali və orta ixtisas təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən, əlaqələndirən və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirən qurumdur.

Missiyamız

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək və ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2024 © Bütün hüquqlar qorunur.