Azərbaycanın Bolonya prosesinə qoşulması, ölkənin ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiya olunmasına şərait yaradır. Bu proses tələbə və müəllimlər üçün həm yerli, həm də Avropa ali təhsil məkanında mobilliyi asanlaşdırır. Diploma əlavənin vahid nümunəsinin yaradılması məzunların əmək bazarına daxil olmasını sadələşdirir və uzunmüddətli təhsil almaq imkanları genişlənir.
Azərbaycanın Bolonya prosesinə qoşulması aşağıdakı üstünlükləri qazandırır:
Azərbaycanın ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası;
Tələbə və müəllim kontingentinin vahid Avropa ali təhsil məkanına qoşulan ölkələr arasında mobilliyinin asanlaşdırılması (eyni zamanda bir ölkənin ali təhsil müəssisələri arasında);
Tələbə və müəllim kontingentinin vahid Avropa ali təhsil məkanına qoşulan ölkələr arasında məşğulluq (işədüzəlmə) prosesinin asanlaşdırılması;
Diploma əlavənin vahid modelinin yaradılması ilə məzunların əmək bazarında fəaliyyətə başlamasını asanlaşdırması;
Ömürboyu təhsil almaq imkanlarının yaradılması;
Tələbə mərkəzli təhsilə keçid;
Diplomların ekvivalentliyi və qarşılıqlı tanınması imkanları.