Xaricdə təhsil

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Azərbaycan vətəndaşlarının xaricdə təqaüdlə təhsil almaq imkanı

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Azərbaycan vətəndaşlarının xaricdə təqaüdlə təhsil almaq imkanı

Azərbaycan Respublikasının vətəndaşlarının xaricdə dövlət hesabına təhsili “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” (DP) və ya “Hökumətlərarası Təqaüd Proqramları” (HTP) çərçivəsində həyata keçirilir. HTP çərçivəsində təhsil müxtəlif səviyyələr üzrə Çin, Macarıstan, Qazaxıstan, Qırğız Respublikası, Rumıniya, Latviya, Rusiya (MGIMO), Tacikistan, Türkiyə (doktorantura və tədqiqat) və Slovakiya üzrə mümkündür.

Proqramlar barədə ətraflı məlumatı aşağıdakı keçidlərə daxil olaraq əldə edə bilərsiniz:

“Hökumətlərarası Təqaüd Proqramları” (HTP)-nin rəsmi veb səhifəsi
"Dövlət Proqramı” (DP)-nın rəsmi veb səhifəsi

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2024 © Bütün hüquqlar qorunur.