Kolleclərə yeni təyinatlar olub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Mehriban Qasımova Şuşa Humanitar Kollecinin, Bəşir Əliyev isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Xəbərlər

Mehriban Qasımova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Xalq çalğı alətləri orkestrinin rəhbəri” ixtisası üzrə ali təhsil almışdır. O, əmək fəaliyyətinə 1987-ci ildə Şuşa Mədəni-Maarif Məktəbində başlamış, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi fənləri və orkestr dirijorluğu” kafedrasında çalışmışdır. Əmək fəaliyyəti ərzində laborant, böyük laborant, müəllim, baş müəllim, “Musiqi sənəti” fakültəsində dekan müavini vəzifəsində çalışmışdır.

M. Qasımova 2013-cü ildə “Qabaqcıl təhsil işçisi” adına layiq görülmüş, eyni ildə “Sənətşünaslıq” üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Bəşir Əliyev Bakı Dövlət Universitetində “Tarix” ixtisası üzrə bakalavr təhsili almış, daha sonra ADA Universitetində “Bir müəllimin manifesti” ixtisasartırma proqramını uğurla tamamlamışdır.

B. Əliyev 2014-2020-ci illərdə Füzuli rayonu, Yağlivənd kənd tam orta məktəbində tarix müəllimi vəsifəsində çalışmış, 2020-ci ildən son təyinatadək isə Füzuli rayonu, Mollaməhərrəmli kənd tam orta məktəbinin direktoru vəzifəsini icra etmişdir.

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.