Daşkənd Universitetinin nümayəndələri ilə görüş keçirilib

21 fevral tarixində Daşkənd Beynəlxalq Maliyyə, İdarəetmə və Texnologiya Universitetinin (TIFT) nümayəndələri ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində görüş keçirilib.

Xəbərlər

Görüş zamanı TIFT-in Azərbaycanda səfər zamanı yerli ali təhsil müəssisələri ilə keçirdiyi görüşlər, universitetlər arasında elm və ali təhsil sahəsində qarşılıqlı əməkdaşlıq imkanları, Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinə (TÜRKÜNİB) üzv universitetlər arasında həyata keçirilən “Orhun” mübadilə proqramı çərçivəsində qarşılıqlı tələbə və müəllim mübadiləsinin təşviqi məsələləri müzakirə edilib.

Eyni zamanda ali təhsil müəssisələrinin reytinqlərlə iş istiqaməti üzrə əməkdaşlıq imkanları danışılıb.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.