Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclası
6 mart tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın sədrliyi ilə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclası keçirilib.
İclasda 30 elm və ali təhsil müəssisəsi tərəfindən təqdim edilmiş və Şuranın məsul katibi Ələkbər Əliyev tərəfindən sistemləşdirilmiş 300-dən çox mövzuya dair Şura üzvlərinin hazırladıqları rəylər dinlənilib və müzakirə edilib. Sonda açıq səsvermə yolu ilə mövzuların təsdiqlənməsi prosesi həyata keçirilib.
Qeyd edək ki, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası 2024-cü ildə Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq qərarına əsasən yaradılıb.