Tələbələr Qazaxıstanda doktorantura təhsili alacaq

Tələbələr HTP çərçivəsində Qazaxıstanda doktorantura səviyyəsi üzrə təhsil alacaq

Xəbərlər

“3 aprel 2017-ci il tarixli Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşları 2024-2025-ci tədris ili üzrə doktorantura səviyyəsində Qazaxıstanda təhsil almaq imkanı qazanıb.

Seçim barədə Qazaxıstan tərəfindən verilən yekun qərar nəticəsində sözügedən tələbələr bu ölkənin nüfuzlu ali təhsil müəssisələrindən hesab edilən “Al-Farabi Kazakh National University” və “Kazakh National Pedagogical University named after Abai” ali təhsil müəssisələrində linqvistika və beynəlxalq münasibətlər üzrə təhsil almaq hüququ qazanıblar.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.