Bakıda keçiriləcək sammitdə 50-dən çox spiker bir arada
50-dən çox beynəlxalq spiker “Avrasiya Universitetlərinin Sammiti”ndə Bakıda çıxış edəcək
24–25 sentyabr tarixlərində Bakıda keçiriləcək (THE) “Avrasiya Universitetlərinin Sammiti”ndə ali təhsil sahəsində nüfuzlu liderlər, tədqiqatçılar və ekspertlər bir araya gələcək. Sammitdə 50-dən çox beynəlxalq və regional spiker çıxış edəcək.
Tədbir Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Times Higher Education (THE) təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunur.
Sammit Avrasiya regionunun ali təhsil müəssisələri arasında qlobal tərəfdaşlıqların qurulması, transsərhəd tədqiqat təşəbbüslərinin təşviqi və beynəlxalq reytinqlərdə iştirak imkanlarının müzakirəsi üçün mühüm platformadır.