“Elsevier” tədqiqatçılara necə dəstək olur?

İyunun 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Milli Aviasiya Akademiyasının (MAA) birgə təşkilatçılığı ilə “Tədqiqat yolunda uğura doğru: Elsevier sizə necə dəstək olur?” mövzusunda maarifləndirici info-sessiya keçirilib.

Xəbərlər

Tədbirin açılışında MAA-nın Yeni texnologiyalar üzrə prorektoru Xaqani Abdullayev info-sessiyanın tədqiqatçıların peşəkar inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Daha sonra dünyanın aparıcı elmi nəşriyyatlarından biri olan “Elsevier”in rəsmi nümayəndəsi Saide Sak təqdimat ilə çıxış edib. O, “Elsevier” ekosistemində yer alan qabaqcıl tədqiqat alətləri və platformaları barədə məlumat verib.

Sessiyada aşağıdakı mövzular üzrə praktiki biliklər paylaşılıb:

  • “Scopus”, “ScienceDirect”, “Scopus AI”, “Mendeley” platformalarının imkanları;

  • Açar sözlərlə effektiv axtarış və tədqiqat mövzusunun müəyyənləşdirilməsi;

  • Müəllif və qurum profillərinin optimallaşdırılması;

  • Beynəlxalq jurnallarda nəşr üçün hazırlıq mərhələləri;

  • “Scopus AI” süni intellekt alətinin təqdim etdiyi üstünlüklər;

“Elsevier” resurslarına çıxış və istifadəyə dair tövsiyələr.

Təqdimatın sonunda Saide Sak iştirakçıların suallarını cavablandıraraq tədqiqat fəaliyyətlərinin səmərəliliyini artırmaq üçün faydalı tövsiyələr verib.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.