“NOVA University of Lisbon” nümayəndələri ilə görüş keçirilib
Portuqaliyanın “NOVA University of Lisbon” universitetinin nümayəndələri ilə görüş keçirilib
İyunun 10-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində Portuqaliyanın “NOVA University of Lisbon” ali təhsil müəssisəsinin prorektoru Joao Amaro de Matos və prorektorun müşaviri Fernando Soares ilə görüş baş tutub. Görüşdə ali təhsil və elmi innovasiya sahəsində, xüsusilə Qarabağ Universiteti də daxil olmaqla, yerli ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə olunub.
Müzakirələr zamanı ali təhsil, tədqiqat və texnologiya sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi, tələbə və tədqiqatçı mübadilə proqramlarının təşviqi, eləcə də Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.