Azərbaycan nümayəndə heyəti “QS EduData 2025” sammitində

Azərbaycan nümayəndə heyəti Sinqapurda “QS Quacquarelli Symonds” qlobal reytinq agentliyinin təşkil etdiyi “QS EduData 2025” sammitində iştirak edib.

Xəbərlər

Heyətə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndələri daxil olub.

Sammit çərçivəsində keçirilən “2030-cu ilin universiteti – Sizin müəssisəniz necə görünəcək?” mövzusunda panel sessiyada BDU-nun rektoru Elçin Babayev spiker qismində çıxış edib.

Səfər zamanı nümayəndə heyəti “QS”in Sinqapur regional ofisində təşkilatın rəhbər heyəti ilə görüşüb. “QS”in baş vitse-prezidenti Ben Sauter, regional direktor Sergey Xristolyubov və qlobal strateji tərəfdaşlıq üzrə direktor Monika Hornunq Kattan ilə keçirilən görüşdə Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması imkanları müzakirə olunub.

Bundan əlavə, “QS” reytinqində müvafiq olaraq 15-ci və 585-ci yerləri tutan Nanyanq Texnologiya Universiteti və Sinqapur Menecment Universiteti ilə əməkdaşlıq perspektivləri üzrə görüşlər keçirilib.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.