Uzunmüddətli fəaliyyətinə görə kollecin direktoru ilə vida görüşü keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Pedaqoji Kollecin direktoru İsrayıl İsgəndərov təqaüdə çıxması münasibətilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova ilə görüşüb.
Görüş zamanı Ü.Səttarova İsrayıl İsgəndərovun təhsil sistemindəki çoxillik səmərəli fəaliyyətini yüksək qiymətləndirib, rəhbərlik etdiyi dövrdə kollecdə aparılan işləri və əldə edilən nəticələri müsbət dəyərləndirib.
Təhsil sahəsindəki xidmətlərinə görə İ.İsgəndərov elm və təhsil naziri tərəfindən "Fəxri fərman"la təltif olunub. Təltif ona Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru tərəfindən təqdim edilib.
İ.İsgəndərov göstərilən diqqətə görə təşəkkürünü bildirib, uzun illər rəhbərlik etdiyi kollektivin fəaliyyətinə verilən dəstəyə görə minnətdarlığını ifadə edib.