“Avrasiya Universitetlərinin Sammiti”nin növbəti spikerlər siyahısı açıqlanıb
24–25 sentyabr tarixlərində Bakıda ilk dəfə keçiriləcək “Avrasiya Universitetlərinin Sammiti” çərçivəsində çıxış edəcək spikerlərin növbəti siyahısı elan olunub.
“Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusuna həsr olunan sammit Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Times Higher Education qlobal reytinq agentliyinin birgə əməkdaşlığı ilə təşkil olunur.
Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan 50-dən artıq nüfuzlu elm və ali təhsil eksperti, universitet rəhbərləri və siyasət formalaşdırıcıları çıxış edəcək.
Əlavə məlumat üçün aşağıda qeyd olunan keçidlərə daxil ola bilərsiniz.