Tələbələrin köçürülməsi ilə bağlı təlimlər keçirilib

03-04 iyul tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində ali təhsil müəssisələrinin əməkdaşları üçün tələbələrin köçürülməsi prosesi ilə bağlı təlim keçirilib.

Xəbərlər

Təlim zamanı iştirakçılara köçürülmə prosesinin elektron portal vasitəsilə təşkili, sistemdə tətbiq olunan yeniliklər barədə məlumatlar təqdim olunub. Həmçinin tələbələrin təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişmək istədikləri hallarla bağlı müzakirələr aparılıb.

İki gün davam edən təlimdə ölkənin 40 ali təhsil müəssisəsindən prorektorlar və tədris işləri üzrə məsul şəxslər olmaqla, ümumilikdə 90 nəfər nümayəndə iştirak edib.

Qeyd edək ki, növbəti həftə ərzində orta ixtisas təhsili müəssisələrinin əməkdaşları üçün də oxşar təlimlərin təşkili nəzərdə tutulur.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.