SEPIE nümayəndələri ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində görüş keçirilib

Aprelin 11-də İspaniya Krallığının Elm, İnnovasiyalar və Universitetlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsilin Beynəlmiləlləşməsi üzrə İspan Xidmətinin (SEPIE) nümayəndələri ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində görüş keçirilib.

Xəbərlər

Görüşdə İspaniya Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər üzrə vəkili, İspaniya Krallığının Türkiyə Respublikasındakı Səfirliyində Təhsil Proqramları üzrə direktoru, Jaen Universitetinin prorektoru və SEPIE-nin nümayəndəsi iştirak ediblər.

Görüş zamanı SEPIE-nin Azərbaycana səfər zamanı yerli ali təhsil müəssisələri ilə keçirdiyi görüşlər, həmçinin universitetlər arasında elm və ali təhsil sahəsində qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

Bununla yanaşı, neft-qaz mühəndisliyi və ictimai səhiyyə ixtisasları üzrə hər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivləri, eyni zamanda ali təhsil müəssisələrinin qlobal rəqabət qabiliyyətinin artırılması istiqamətində qarşılıqlı dəstək imkanları barədə fikir mübadiləsi aparılıb.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.