3 ayda Agentliyə 17 mindən çox müraciət daxil olub
2025-ci ilin ilk 3 ayında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə ümumilikdə 17438 müraciət daxil olub.
Müraciətlər əsasən ali və orta ixtisas təhsili, təhsil müəssisəsinə bərpa, təqaüd, xaricdə təhsil proqramları, təhsil haqqı və digər məsələlərlə bağlıdır.
Müraciətlər vətəndaş qəbulu və çağrı mərkəzi, sosial media xidməti vasitəsilə, eləcə də yazılı və elektron formada qəbul edilib və qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılaraq cavablandırılıb.