Agentliyin direktoru vətəndaşları qəbul edib

Yanvarın 30-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova vətəndaşları qəbul edib.

Xəbərlər

Qəbul zamanı vətəndaşların orta ixtisas və ali təhsil məsələləri ilə bağlı müraciət və şikayətləri dinlənilib və onların qanunvericilik çərçivəsində həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul cədvəlinə uyğun olaraq Agentliyinin rəhbərliyi tərəfindən hər ay vətəndaşların qəbulu keçirilir. Vətəndaşlar 146-6 Çağrı Mərkəzinə zəng edərək qəbula yazıla bilərlər.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.