"Scopus AI" mövzusunda info-sessiya keçirilib

Gəncədə süni intellekt aləti ilə elmi tədqiqatların effektiv təşkili: "Scopus AI" mövzusunda info-sessiya keçirilib

Xəbərlər

Aprelin 11-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Gəncədə Azərbaycan Texnologiya Universitetində elm və ali təhsil ictimaiyyətinə açıq info-sessiya keçirilib.

Tədbirin açılış nitqi ilə çıxış edən ATU-nun elm və innovasiyalar üzrə prorektoru Sahil Həmidov Agentlik tərəfindən elm və ali təhsil müəssisələrinin əməkdaşları üçün elmi tədqiqatların inkişafı ilə bağlı keçirilən davamlı info-sessiyaların önəmini vurğulayıb.

İnfo-sessiyada Agentliyin Elmi müəssisələrlə iş şöbəsinin əməkdaşı Nərminə Abdullayeva “Scopus” elmmetrik bazasından səmərəli istifadə və “Scopus AI” süni intellekt alətinin imkanları barədə təqdimatla çıxış edib. Təqdimat zamanı iştirakçılara əhatəli ədəbiyyat və kvartillər üzrə jurnal axtarışı strategiyaları, tədqiqat trendləri, qurum və müəllif profilləri və tədqiqat təsirlərinin təhlili, süni intellekt aləti ilə tədqiqat prosesinin sürətləndirilməsi, vaxta qənaət və s. kimi mövzular üzrə ətraflı məlumat verilib.

Tədbirdə Gəncə şəhəri və ətraf bölgələrdən olan alimlər, tədqiqatçılar, doktorantlar və ali təhsil müəssisələrinin nümayəndələri fəal iştirak ediblər. Sessiya interaktiv müzakirələr və praktiki nümunələrlə davam edib.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.