Radiasiya Problemləri İnstitutunun alimləri ilə görüş keçirilib

Aprelin 30-da Radiasiya Problemləri İnstitutunun gənc laboratoriya müdirləri ilə görüş keçirilib.

Xəbərlər

Görüşdə alimlər tərəfindən “innovativ ionlaşdırıcı şüa” sahəsi üzrə həyata keçirilən beynəlxalq layihələr, patentləşdirilmiş və sonra müxtəlif sahələrdə tətbiq olunan ixtiralar barədə məlumat verilib.

Həmçinin laboratoriyaların şəraiti, cihaz və avadanlıqların işlənmə intensivliyi və nəticələri barədə müzakirələr aparılıb.

Sonda gənc alimlər elmi nəşrlərin səmərəliliyinin artırılması, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və radioekologiya sahəsi üzrə yeni tətbiq imkanlarından istifadə barədə təkliflər veriblər.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.