“QS Reimagine Education Awards & Conference”da iştirak

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin nümayəndələri dünyanın ən nüfuzlu təhsil innovasiyaları platformalarından biri olan “QS Reimagine Education Awards & Conference 2025”də iştirak edirlər.

Xəbərlər

Bu il Azərbaycanı tədbirdə Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti təmsil edir. Hər üç ali təhsil müəssisəsinin təqdim etdiyi innovativ startap layihələri konfrans çərçivəsində təqdimat formasında nümayiş etdiriləcək.

Azərbaycan universitetlərinin təqdim etdiyi layihələr (hər universitet üzrə 1 layihə olmaqla) 2000-dən çox müraciət arasında ən yaxşı 20 faiz içərisində yer alıb.

Qeyd edək ki, “QS Reimagine Education Awards & Conference 2025” bu gündən etibarən öz işinə başlayıb.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.