I Türkoloji Qurultayın 100 illiyinə həsr olunan beynəlxalq konfrans

Azərbaycan Milli Elmlər Akademiyası-nın Böyük Akt Zalında “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir 1926-cı ildə Bakıda baş tutmuş Birinci Türkoloji Qurultayın 100 illik yubileyi çərçivəsində təşkil olunub.

Xəbərlər

Konfransda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi-nin direktoru Ülkər Səttarova çıxış edərək bildirib ki, Qurultayın məhz Bakıda keçirilməsi ölkəmizin XX əsrin əvvəllərində türkologiyanın aparıcı elmi mərkəzlərindən biri olduğunu göstərir və bu ənənənin davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.

O qeyd edib ki, yubiley çərçivəsində elmi konfrans, seminar və sərgilərin təşkili, ali təhsil müəssisələrində Qurultay materiallarının tədrisə inteqrasiyası, həmçinin gənclər üçün təqaüd proqramı və gənc alimlər üçün müsabiqələrin keçirilməsi nəzərdə tutulur.

Konfransda Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Türkmənistan, Özbəkistan və Qazaxıstandan nümayəndələr iştirak ediblər. Tədbir türk xalqları arasında elmi əməkdaşlığın genişlənməsinə töhfə verir.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.