Tələbələr “Hamlet” tamaşasını təqdim edib

Fevralın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı səhnəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) SABAH qrupları tələbələrinin ifasında Hamlet faciəsinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub. Tədbirdə millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xəbərlər

Qeyd edək ki, tamaşanı təqdim edən aktyor sənəti ixtisasının IV kurs tələbələri üçün bu səhnə əsəri buraxılış işi kimi təqdim olunub.

Kriminal-dram janrında hazırlanan tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, səhnə danışığı müəllimi isə Pərvanə Namazova olub. Tamaşada aktyor sənəti ixtisasının IV kurs tələbələri rol alıb, musiqi tərtibatı tələbə Ərgün Camalzadəyə məxsusdur. ADMİU SABAH Mərkəzinə isə Nofəl Vəliyev rəhbərlik edir.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.