Nazir müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Sankt-Peterburq Dövlət Universitetinin 300 illik yubileyi ilə əlaqədar Rusiya Federasiyasına səfər edib
5-6 noyabr tarixlərində elm və təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Sankt-Peterburq Dövlət Universitetinin 300 illik yubileyi ilə əlaqədar Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edib.
Səfərin məqsədi Rusiya-Azərbaycan Forumunun nəticələri əsasında iki ölkənin ali təhsil müəssisələri ilə yaxından tanışlıq və əməkdaşlıq perspektivlərini müəyyən etməkdir.
Nümayəndə heyətinin tərkibində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Simuzər Feyzullayeva, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev və Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov yer alıb.