Azərbaycan Dövlət Pedaqoji Kollecinin inklüziv təhsillə bağlı hazırladığı layihə qrant qazanıb
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin bp şirkətinə təhsilin inkişafına dəstək istiqaməti üzrə təqdim etdiyi “İnklüziv təhsil üzrə ixtisaslaşan tələbələrin bilik və bacarıqlarının inkişafı” layihəsi təxminən 50000 AZN miqdarında qrant qazanıb.
Layihənin əsas məqsədi inklüziv təhsil üzrə tədris infrastrukturunun və tədrisin keyfiyyətinin artırılması, “İnklüziv təhsil”, “Sosial iş” və “Ailə və ev təhsili” üzrə ixtisaslaşan tələbələrin bilik və bacarıqlarını inkişaf etdirməyə yardım edən tədris və təlim laboratoriyalarının yaradılmasıdır. Layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Kollecində üç laboratoriya (diaqnostika və korreksiya üzrə psixo-pedaqoji təlim-tədris laboratoriyası, diaqnostika və korreksiya üzrə loqopedik təlim-tədris laboratoriyası və müalicəvi idman üzrə təlim-tədris laboratoriyası) 54 adda 100-dən çox avadanlıq və cihazla təmin olunacaq və kollecin pedaqoji və inzibati heyəti üçün həmin laboratoriyaların düzgün idarə edilməsi üzrə təlimlər keçiriləcək.