Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin (“ABİD”) ilk ümumi iclası keçirilib.

Noyabrın 23-də İstanbulda Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin (“Azerbaycanlı Bilim İnsanları Derneği” / “ABİD”) ilk ümumi iclası keçirilib. İclas Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin və “ABİD”in birgə təşkilatçılığı ilə baş tutub.

Xəbərlər

İclasda Türkiyənin Ədalət və İnkişaf Partiyasından millət vəkili Şamil Ayrım, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, bir sıra Azərbaycan universitetlərinin rektorları və nümayəndələri iştirak ediblər və dərnəklə birgə əməkdaşlıq üçün təkliflərini səsləndiriblər.

Qeyd edək ki, dərnəyin yaradılmasında əsas məqsəd Türkiyədə çalışan azərbaycanlı elm adamlarının Azərbaycanda elm və ali təhsilin inkişafı prosesində iştirakını təşviq etmək, istedadlı gənclərin tədqiqat bacarıqlarının inkişafına dəstək olmaq və ümumilikdə birgə kommunikasiyanın qurulmasıdır.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2024 © Bütün hüquqlar qorunur.