Agentliyin direktoru THE təşkilatının rəhbər heyəti ilə görüşüb

Dekabrın 3-də Birləşmiş Krallığın London şəhərinə səfəri çərçivəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Times Higher Education (THE) qlobal reytinq təşkilatının baş ofisində baş icraçı direktor Con Gill və Data və analitika üzrə direktor Elizabet Şeferd ilə görüşüb.

Xəbərlər

Görüş zamanı Azərbaycan universitetlərinin THE qlobal reytinqində mövcud göstəriciləri və onların gələcək inkişaf imkanları müzakirə olunub.

Bununla yanaşı, tərəflər arasında gələcək əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparılıb.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.