Kollec rəhbərləri üçün təşkil olunan təlimlər davam edir

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün Şəki şəhərində keçirilən təlim proqramının ikinci günü yekunlaşıb. Təlimin bu mərhələsi insan resurslarının idarə olunması mövzusuna həsr edilib.

Xəbərlər

Təlim çərçivəsində iştirakçılara əmək qanunvericiliyinin əsas tələbləri, insan resurslarının idarə edilməsi, işə qəbul prosesinin təşkili, eləcə də Vahid Tarif-Sorğu Kitabçasının tətbiqi mexanizmləri barədə ətraflı məlumat təqdim olunub.

Eyni zamanda, ƏMAS sisteminin strukturu və funksional imkanları izah edilib, sistem üzərindən kadr əməliyyatlarının aparılmasına dair praktiki nümunələr nümayiş etdirilib. Praktiki hissə zamanı real iş proseslərinə əsaslanan fərdi tapşırıqlar icra olunub və nəticələr üzrə qiymətləndirmə aparılıb.

Qeyd edək ki, təlim proqramı növbəti günlərdə digər mövzular üzrə davam etdiriləcək.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.