Agentliyin direktoru Şəki Dövlət Regional Kollecində olub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Şəki şəhərinə işgüzar səfəri çərçivəsində Şəki Dövlət Regional Kollecində olub. Səfər zamanı təhsil müəssisəsinin fəaliyyəti, tədris prosesinin təşkili və maddi-texniki bazasının mövcud vəziyyəti barədə ətraflı məlumat təqdim olunub.

Xəbərlər

Direktor kollecin dörd tədris korpusuna baxış keçirərək auditoriyalar, kitabxanalar və digər tədris məkanları ilə tanış olub, təhsil infrastrukturunun mövcud vəziyyəti və tədris mühitinin təkmilləşdirilməsi istiqamətində görülən işləri dəyərləndirib.

Səfər çərçivəsində kollecin rəhbərliyi və kollektivi ilə görüş keçirilib, təhsil müəssisəsinin perspektiv inkişaf istiqamətləri, rəqabətqabiliyyətliliyinin artırılması və region üzrə ixtisaslı kadr hazırlığının daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, müvafiq tövsiyələr verilib.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.