Kollec rəhbərləri ilə maliyyə savadlılığı və təhsil keyfiyyəti müzakirə olunub

Orta ixtisas təhsili müəssisələrinin rəhbərləri üçün təşkil olunan təlim proqramının dördüncü günü maliyyə savadlılığının artırılması, yeni təhsil proqramlarının açılması və təhsilin keyfiyyətinin təmin olunması mövzularına həsr edilib.

Xəbərlər

Təlimin əvvəlində maliyyə savadlılığı mövzusu üzrə təqdimatlar keçirilib, iştirakçılara bu sahədə nəzəri və praktiki məlumatlar təqdim olunub. Daha sonra təlim təhsilin keyfiyyətinin təmin edilməsi və keyfiyyətə nəzarət prosesləri mövzuları üzrə davam etdirilib.

Təlimin yekununda Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Dürrə Hacıyeva “Rəqəmsal Kollec” və “Smart Kollec” layihələri çərçivəsində görülən işlər, tətbiq olunan innovativ yanaşmalar və əldə olunan nəticələr barədə təqdimatla çıxış edib.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.