ETƏŞ-in növbəti iclası keçirilib
Aprelin 14-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın sədrliyi ilə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclası keçirilib.
İclasda elmi müəssisələrdə çalışan tədqiqatçıların əməyinin stimullaşdırılması məqsədilə həyata keçirilən proqram çərçivəsində “Elmi iş müəlliflərinin müəllif balının hesablanması Qaydası”na dəyişikliklər müzakirə olunaraq təsdiq edilib. Qərara əsasən, tədqiqatçıların son 6 il ərzində Q3 və Q4 kvartilli jurnallarda dərc olunmuş məqalələri, eləcə də patentləşdirilmiş ixtira və faydalı modelləri qiymətləndirmə meyarlarına daxil edilib.
Görüşdə həmçinin, 26 elm və ali təhsil müəssisəsi tərəfindən təqdim olunmuş və Şuranın katibliyi tərəfindən sistemləşdirilmiş 150-dən çox dissertasiya mövzusu üzrə müzakirələr aparılıb. Təqdim olunmuş mövzular Şura üzvlərinin açıq səsverməsi ilə təsdiq olunub.
