Emin Əmrullayev Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetini ziyarət edib

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının Almatı şəhərinə səfəri çərçivəsində aprelin 7-də Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetini ziyarət edərək universitetin rəhbər heyəti ilə görüşüb. 

Xəbərlər

Görüşdə Qazaxıstan Respublikasının elm və ali təhsil nazirinin müavini Talqat Yeşenkulov, universitetin rektoru Meyram Beqentayev və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev iştirak edib.

Görüş çərçivəsində tərəflər arasında ali təhsil və tədqiqat sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub, o cümlədən universitetin maddi-texniki bazası ilə tanışlıq keçirilib.

Daha sonra elm və təhsil naziri Emin Əmrullayev akademik mobillik proqramı çərçivəsində Qazaxıstanda təhsil alan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri ilə görüşüb.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.