Direktor müavinləri kollektivə təqdim olunub

Yanvarın 17-də Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə yeni təyin olunmuş tədris işləri üzrə direktor müavini Xoşqədəm Xudiyeva və tərbiyə işləri üzrə direktor müavini Aslan Quliyev kollektivə təqdim ediliblər.

Xəbərlər

Təqdimatda Agentliyin Ali təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov, Hüquq və insan resursları sektorunun müdiri Aygün Mustafayeva və Kollecin kollektivi iştirak edib.

Qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 16 yanvar tarixli əmri ilə Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə Xudiyeva Xoşqədəm Vidadi qızı tədris işləri üzrə, Quliyev Aslan Ələddin oğlu isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub, X.Xudiyevaya həm də kollecin direktoru vəzifəsi həvalə edilib.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.