İki universitetimiz “Times Higher Education” fənn reytinqində

İki universitetimiz “Times Higher Education dünyanın ən yaxşı universitetlərinin fənn reytinqi”nə daxil olub.

Xəbərlər

Dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” (THE) tərəfindən “THE dünyanın ən yaxşı universitetlərinin fənn reytinqi” dərc olunub.

11 fənn sahəsi üzrə dərc olunan reytinqdə Azərbaycan 2 fənn sahəsi üzrə təmsil olunub. “Mühəndislik” üzrə dünyanın ən yaxşı universitetlərinin siyahısında Bakı Dövlət Universiteti 1001-1250 intervalında mövqe tutub, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1251+) isə siyahıya ilk dəfə daxil olub. “Fizika elmləri” üzrə fənn reytinqinə Azərbaycandan yalnız Bakı Dövlət Universiteti (1001+) daxil olub.

Qeyd edək ki, “THE dünyanın ən yaxşı universitetlərinin fənn reytinqi”nin qiymətləndirmə metodologiyasında 5 istiqamət (tədris, tədqiqat mühiti, tədqiqat keyfiyyəti, sənaye və beynəlmiləlləşmə) üzrə 18 meyar nəzərə alınır. Sözügedən reytinqdə 11 geniş fənn sahəsi və 33 dar fənn kateqoriyası üzrə təhlil aparılır.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.