Azərbaycan nümayəndə heyəti “Türk Dövlətlərin I Akademik Konfransı”nda
25–26 iyun tarixlərində Azərbaycan nümayəndə heyəti Macarıstanın Budapeşt şəhərində keçirilən “Türk Dövlətlərin I Akademik Konfransı”nda təmsil olunub.
25–26 iyun tarixlərində Azərbaycan nümayəndə heyəti Macarıstanın Budapeşt şəhərində keçirilən “Türk Dövlətlərin I Akademik Konfransı”nda təmsil olunub.
Nümayəndə heyətinin tərkibinə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov, Bakı Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, həmçinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşları Aysel Qəribli və Afət Ələkbərova daxil olub.
Konfrans çərçivəsində “Türk Dövlətləri üçün Tədqiqat Fondu”nun yaradılması təşəbbüsü, tədqiqatçılar üçün istedad düşərgələrinin təşkili, mükəmməllik təqaüdləri və digər əməkdaşlıq imkanları müzakirə olunub.
Əməkdaşlığa dair keçirilən dəyirmi masada ADNSU-nun rektoru Rüfət Əzizov universitetin təcrübəsinə dair təqdimatla çıxış edib. Eyni zamanda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Agentliyin əsas fəaliyyət istiqamətləri barədə iştirakçılara məlumat verib, elmi əməkdaşlıq və birgə tədqiqat imkanları müzakirə olunub.
Səfər çərçivəsində Macarıstanın bir sıra aparıcı universitetləri ilə ikitərəfli görüşlər keçirilib, ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.