Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclası keçirilib

Martın 18-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovanın sədrliyi ilə Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclası keçirilib.

Xəbərlər

İclasda 35 elm və ali təhsil müəssisəsi tərəfindən təqdim olunmuş, Şuranın katibliyi tərəfindən sistemləşdirilmiş 150-dən çox dissertasiya mövzusu üzrə rəy və təkliflərə baxılıb. Müzakirələrin yekununda mövzular açıq səsvermə yolu ilə təsdiq edilib.

Daha sonra elmi ictimaiyyət üçün etik qaydaları və akademik dürüstlük prinsiplərini özündə əks etdirən “Elmi etika kodeksi”nin layihəsi müzakirəyə çıxarılıb və yekdilliklə təsdiqlənib.

İclasda, həmçinin ölkədə doktorantura təhsilinin keyfiyyətinin artırılması məqsədilə tədqiqat layihəsinin həyata keçirilməsi və müvafiq tövsiyə sənədinin hazırlanması qərara alınıb.

Sonda Şuranın iclaslarında müzakirəyə çıxarılacaq qərar layihələrinin hazırlanması, habelə qəbul olunmuş qərarların icrasına nəzarətin təmin edilməsi məqsədilə işçi qrupun yaradılması məsələsinə baxılıb, tərkiblə bağlı təkliflər irəli sürülüb və müvafiq qərar qəbul olunub.

“Elmi etika kodeksi” ilə tanış olmaq üçün linkə keçid etmək mümkündür: https://eatda.edu.az/melumatlar/elmi-etika-kodeksi

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.