Agentliyin direktoru vətəndaşları qəbul edib

Aprelin 1-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova vətəndaşları qəbul edib.

Xəbərlər

Qəbul zamanı vətəndaşların elmi müəssisələrin optimallaşması, işə qəbul, təhsil sənədlərinin dövlət nümunəli olub-olmaması və Agentliyin səlahiyyətləri hüdudlarında olan digər məsələlərə aid müraciət və şikayətləri dinlənilib, qaydalar izah olunub.

Qeyd edək ki, qəbul cədvəlinə uyğun olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi tərəfindən hər ay vətəndaşların qəbulu keçirilir.

Vətəndaşlar 146-6 Çağrı Mərkəzinə zəng edərək qəbula yazıla bilərlər.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.