Koreyada qonaq alim kimi tədris imkanı

Koreya Respublikasının Kyungpook Milli Universiteti “Visiting Scholars” (Qonaq alimlər) proqramı çərçivəsində müraciətlərin qəbulunu elan edir.

Elanlar

Proqram qonaq alimlərə bakalavriat və ya magistratura səviyyəsində təhsil alan tələbələrə müvafiq fənlərin onlayn formatda tədrisinə imkan yaradır. Seçilən namizədlər 1 ay müddətində universitetin onlayn tədris prosesinə qoşulacaq, həmçinin Kyungpook Milli Universitetinin akademik təcrübəsi ilə yaxından tanış olmaq fürsəti əldə edəcəklər.

Proqrama müraciət üçün son tarix 30 yanvar 2026-cı ildir.

Ətraflı məlumat üçün elanla tanış ola bilərsiniz.

Keçid bağlantıları

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.