Scopus üzrə tədqiqatçılar üçün onlayn təlim

Elmi nəşrlər üçün dünyanın ən böyük xülasə və istinad bazalarından biri olan Scopus platforması üzrə tədqiqatçılar üçün onlayn təlim təşkil olunacaq. Təlim çərçivəsində Scopus platformasının elmi tədqiqatların axtarışı və təhlilini təkmilləşdirən funksional imkanları təqdim ediləcək, eyni zamanda süni intellekt texnologiyalarına əsaslanan innovativ Scopus AI aləti ilə bağlı ətraflı məlumat veriləcək.

Elanlar

Təlim zamanı aşağıdakı mövzular əhatə olunacaq:

•⁠ ⁠Scopus platformasının interfeysi ilə tanışlıq: əsas səhifə, axtarış paneli və menyular;

•⁠ ⁠əsas axtarış üsulları;

•⁠ ⁠axtarış nəticələrinin təhlili: məqalə metadataları və xülasələr;

•⁠ ⁠elmi tədqiqat prosesinin sürətləndirilməsi məqsədilə Scopus-un etibarlı məzmunu və məlumatları ilə generativ süni intellektin inteqrasiyasına əsaslanan Scopus AI alətinin imkanları.

Təlimçi: Saide Sak – müştəri uğuru üzrə menecer, Elsevier

Tarix: 28 yanvar 2026-cı il, saat 15:00

Dil: türk dili

Qeydiyyat linki: https://elsevier.zoom.us/webinar/register/WN_cHCH-OyxS8eK7N3rhHw29w

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.