Agentliyin direktoru Şəkidə vətəndaşları qəbul edəcək
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova fevralın 6-da Şəki şəhərində vətəndaşları qəbul edəcək.
Qəbulda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ sakinləri iştirak edə bilərlər.
Qeyd edilən şəhər və rayonların sakinləri Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng edərək və ya “portal.edu.az” vasitəsilə elektron formada müraciət edərək qəbula yazıla bilərlər.
Qəbulda iştirak üçün 4 fevral saat 18:00-dək qeydiyyatdan keçmək mütləqdir.
