Yeni kollec direktoru kollektivə təqdim olunub

Oktyabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecinin yeni direktoru kollektivə təqdim edilib.

Xəbərlər

Təqdimat mərasimində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali təhsil müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov və kollecin kollektivi iştirak edib.

Görüş zamanı təhsil müəssisəsində təlim-tədrisin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin təkmilləşdirilməsi, təhsilalanlarla bağlı məsələlər müzakirə olunub və kollektivi maraqlandıran suallar cavablandırılıb.

Yeni təyinat haqqında daha ətraflı məlumat üçün: https://eatda.edu.az/xeberler/senaye-ve-texnologiya-kollecine-yeni-direktor-teyin-edilib

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2025 © Bütün hüquqlar qorunur.