Agentliyin nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri
20–21 aprel 2026-cı il tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Özbəkistan Respublikasında işgüzar səfərdə olub.
Səfər çərçivəsində Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin İnnovativ İnkişaf Agentliyində görüş keçirilib. Görüş zamanı Azərbaycan və Özbəkistan arasında birgə qrant layihəsinin icra vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb, həmçinin azərbaycanlı gənc alimlərin Özbəkistanda elmi təcrübə və mübadilə proqramlarında iştirakı ilə bağlı məsələlər müzakirə edilib.
Səfər çərçivəsində Agentliyin direktor müavini Nicat Əsədli Özbəkistanın ən böyük innovasiya forumlarından biri olan “INNOPROM” çərçivəsində təşkil olunan panel sessiyada çıxış edib. O, çıxışında Azərbaycanda elm və ali təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, eləcə də innovasiyaların təşviqi sahəsində görülən işlər barədə məlumat verib.
