Universitetlərimiz UI GreenMetric 2026 reytinqində irəliləyib

“UI GreenMetric World University Rankings” tərəfindən 2026-cı il üzrə dünya universitetlərinin dayanıqlılıq reytinqinin nəticələri açıqlanıb.

Xəbərlər

Nəticələrə əsasən, reytinqdə təmsil olunan Azərbaycan ali təhsil müəssisələrinin sayı ötən illə müqayisədə 19-dan 22-yə yüksəlib. Eyni zamanda, TOP 500-də yer alan Azərbaycan universitetlərinin sayı 1-dən 5-ə çatıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 366-cı yerlə ölkə üzrə ən yüksək nəticəni göstərib. Bakı Dövlət Universiteti 369-cu, Azərbaycan Texniki Universiteti 436-cı, Azərbaycan Dövlət İqtisad Universiteti 445-ci, Azərbaycan Memarlıq və İnşaat Universiteti isə 449-cu yerdə qərarlaşıb.

Ümumilikdə, ötən illə müqayisədə 16 ali təhsil müəssisəsi reytinqdəki mövqeyini yaxşılaşdırıb.

Bu il Bakı Mühəndislik Universiteti, Azərbaycan Tibb Universiteti və Milli Aviasiya Akademiyası ilk dəfə “UI GreenMetric World University Rankings” sıralamasında təmsil olunub.

Əldə olunan nəticələr Azərbaycan ali təhsil müəssisələrində dayanıqlı inkişaf prinsiplərinin tətbiqinin, ekoloji məsuliyyət yanaşmasının və yaşıl universitet modelinin genişlənməsi istiqamətində müşahidə olunan müsbət dinamikanı əks etdirir.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.