Agentliyin direktoru beynəlxalq tədbirdə çıxış edib

Sentyabrın 23–25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) UI GreenMetric ilə birgə təşkilatçılığı ilə keçirilən “UI GreenMetric Sustainable University Rankings 2026 Results and Awards Ceremony” beynəlxalq tədbiri çərçivəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) direktoru Ülkər Səttarova “Qlobal reytinqlər universitet idarəçiliyini və hesabatlılığını necə dəyişir?” mövzusunda panel sessiyasında çıxış edib.

Xəbərlər

Ülkər Səttarova çıxışında Azərbaycanda ali təhsilin inkişafının əsas istiqamətləri sırasında elmi-tədqiqat və innovasiya fəaliyyətinin genişləndirilməsi, beynəlmiləlləşmə və universitet idarəçiliyinin gücləndirilməsinin mühüm yer tutduğunu bildirib. O, universitetlərə göstərilən dövlət dəstəyinin yalnız beynəlxalq reytinqlərdəki mövqelərə deyil, təhsilin keyfiyyətini və institusional inkişafı əks etdirən real göstəricilərə əsaslanmasının vacibliyini vurğulayıb.

Agentliyin direktoru universitetlər arasında sağlam rəqabət və əməkdaşlığın paralel şəkildə inkişaf etdirilməsinin əhəmiyyətinə diqqət çəkib. O, beynəlxalq tərəfdaşlıqların yerli akademik və elmi potensialın gücləndirilməsinə xidmət etməsinin vacibliyini qeyd edib.

Qeyd edək ki, panel sessiyası IREG Observatory on Academic Ranking and Excellence təşkilatının prezidenti Waldemar Siwiński-nin moderatorluğu ilə keçirilib. Sessiyada ADNSU-nun rektoru Rüfət Əzizov, UI GreenMetric-in sədri Vishnu Juwono, ShanghaiRanking Consultancy-nin ali təhsil strategiyası üzrə eksperti Xue Yang və QS-in baş məsləhətçisi Habib Fardoun da iştirak ediblər.

Media

Agentliyin missiyası Azərbaycanda elmin və ali təhsilin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini dəstəkləmək, ölkənin strateji hədəflərinə uyğun kadr hazırlığına töhfə verməkdir.

2026 © Bütün hüquqlar qorunur.